Aygün Bəylər dəfn olunub - FOTO - YENİLƏNİB

Əməkdar artist Aygün Bəylərlə Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

APA xəbər verir ki, vida mərasimində sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və media mənsubları iştirak edib.
Mərasim bitdikdən sonra cənazə Suraxanı kənd qəbiristanlığına aparılaraq dəfn olunub.
Qeyd edək ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən müğənni yanvarın 7-də Türkiyədə vəfat edib.

***
Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçirilir.
APA xəbər verir ki, vida mərasimi Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində baş tutub.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları iştirak edir.
Vida mərasimindən sonra cənazə Suraxanı kənd qəbiristanlığına aparılaraq dəfn olunacaq.