İstanbul 2 ayda 2,5 milyon turisti qəbul edib

Turizmin qabaqcıl şəhərlərindən olan İstanbul ilin ilk 2 ayında 2 milyon 457 min 518 xarici ziyarətçiyə ev sahibliyi edib.

Sherg.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, İstanbula gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,08 faiz artıb.

İlk 2 ayda Türkiyəyə gələn 4 milyon 341 min 606 xarici ziyarətçinin yarısını qəbul edən İstanbul fevral ayında daha çox ruslar tərəfindən seçilib.

Fevral məlumatlarına görə, İstanbul bir əvvəlki ilin eyni ayına görə yüzdə 19,14 artımla 1 milyon 291 min 522 xarici ziyarətçiyə ev sahibliyi etdi və Türkiyə turizminin lokomotivi oldu.

Fevral ayında İstanbulu Rusiya Federasiyasından 138 min 957 nəfər, Almaniyadan 95 min 465 nəfər, İrandan 75 min 312 nəfər, İngiltərədən (Birləşmiş Krallıq) 56 min 430 nəfər, Fransadan, Səudiyyə Ərəbistanından 48 min 902 nəfər, Ərəbistandan 43 min 415, ABŞ-dan isə 41 min 472 adam ziyarət edib.