Muşda qarın qalınlığı 7 metrə çatıb

Qarın qalınlığının əyalətlərdə 7 metrə çatdığı Muşun Üçevlər kənd yolunun açılması işləri davam edir.
Sherg.az xəbər verir ki, mart ayının son günlərində qar qalınlığının 7 metrə çatdığı Üçevler kənd yolunun açılması üçün İl Xüsusi İdarəsi Yol və Nəqliyyat Xidmətləri Müdirliyinə bağlı qrupların başlatdığı işlər bütün sürəti ilə davam edir.

Çətin coğrafiyada uçqun təhlükəsi olmasına baxmayaraq, 2500 metr yüksəklikdəki Çavuştəpə məntəqəsində 3 gündür iş aparan qruplar yolu qısa müddətdə açmağı hədəfləyir.

10 kənd və 21 obaya çıxışı təmin etmək üçün qruplar gecə-gündüz çalışır.

Təxminən 3 aya yaxındır bağlı olan və qar qatının kifayət qədər sərtləşdiyi yolda hərəkət dayanıb.