Sabah Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq

31 may saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissə) təmir işlərinə başlanılacaq.

“APA-Economics” xəbər verir ki, təmir müddətində sözügedən hissədə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.