"Bakı Bus" avtobuslarında kondisionerlər erkən qoşuldu

Bakı Bus MMC-yə məxsus avtobuslarda artıq yay mövsümünə keçid edilib.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, bu gündən avtobuslarda kondisionerlər qoşulub.
Məsələ ilə bağlı açıqlama verən qurumun mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.

"Reqlamentə əsasən, avtobuslarımızda kondisionerlər iyun ayının 15-dən qoşulur. Amma havaların isti keçməsi ilə əlaqədar sərnişinlərimizin rahatlığını nəzərə alaraq, artıq bu gündən kondisionerlər işlək vəziyyətə gətirilib", - deyə Ə.Əliyeva qeyd edib.