İstidən qorunmaq üsulları: Bunları etsəniz, bir neçə dəqiqəyə sərinlənəcəksiz

 Son günlər havalar kəskin istiləşdiyindən hər kəs “istidən necə qorunaq” sualına cavab axtarır. 
“Sherg.az” Milliyet.com.tr”yə istinadən istidən qorunmaq üsullarını təqdim edir. Bunlar çox sadə, hamının edə biləcəyi üsullardır. Bir neçə məsələyə diqqət etməklə arzuedilən sərinliyə nail olmaq mümkündür. Hava istidirsə, edə biləcəyiniz ilk iş mənzildəki istilik qaynaqlarını azaltmaqdır. İstilik qaynaqları lazımsız yerə yandırdığınız işıq – lampalardır. Elektrik lampaları ətrafa isti – enerji yayır və isti havanı bir az da isidir. Odur ki, ehtiyac yoxdursa, işıqları söndürmək, elektrik cihazlarını şəbəkədən ayırmaq lazımdır. İsti havada ikinci ən vacib şərt bədənin su ehtiyacını ödəməkdir. Gün ərzində bol miqdarda saf su içməyə səy göstərin. Su qəbul etmək bədəni sakitləşdirir, orqanların fəal çalışmasını təmin edir. Geyimlərə də xüsusi diqqət etmək, pambıq parçalardan tikilmiş geyimləri istifadə etmək, yataq otağında da pambıq yataq dəstlərindən istifadə etmək məsləhətdir. Pambıq parçalar isti havalarda bədəni sərin saxlayır. Geyimlər daha çox ağ və açıq rənglərdə olmalıdır. Mənzilin pəncərələrində gün əleyhinə örtüklər olmalıdır. Bunlar günəş şüalarının birbaşa təsirini azaldır, otaqların isinməsinin qarşısını alır. Sprey şüşələrini su ilə doldurub soyuducuda saxlayın. Vaxtaşırı sperydəki sərin suyu üzünüzə, əllərin bilək hissəsinə, dizlərə, ayaq barmaqlarınını üstünə sıxın. İsti havalarda duzlu, yağlı yeməklər məsləhət deyil. Tərkibində bol miqdarda su və vitaminlər olan meyvə-tərəvəzlərdən, ağartı məhsullarından bol-bol istifadə edin. Mətbəxdə eyni anda həm paltaryuyan, həm qabyuyan, həm soba çalışdırmaq otaqlardakı temperatutun daha da artmasına səbəb olacaq. Bu işləri növbəli həyata keçirin. Evdə yalınayaq gəzmək də bədəni sərinlədir, bədənin temperaturunu aşağı salır. Mənzildə sərin havaya nail olmaq üçün məsləhət görülən üsullardan biri də sərinkeşin üzərinə nəm dəsmal salmaq, həmçinin qarşısına içərisində buz parçaları olan qab qoymaqdır. Sərinkeşin havası buz parçalarından buxarlanan sərinliyi ətrafa yayacaq, mənzil sərinlənəcək.