Alimlər 100 ildən çox yaşamağın SİRRİNİ AÇIBLAR 

Alimlər 100 yaşı görmək üçün nə etmək lazım olduğunu izah ediblər. Dəyişən həyat tərzi sayəsində sağlam həyat sürməyin 80 yaşdan sonra da təsirli olduğu üzə çıxıb. Buna görə üç əsas faktora diqqət edərək sağlam seçim edənlərin 100 ildən çox yaşama ehtimalı yüzdə 61 faizdən daha çoxdur.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, hətta 80-ci yaşlarınızda olsa da, 100 və ondan sonra yaşamağınıza kömək edə biləcək sağlam vərdişləri mənimsəmək hələ gec deyil.

Yeni bir araşdırma, daha sağlam həyat tərzi sürən yaşlı insanların 100 ildən çox yaşama ehtimalının əhəmiyyətli dərəcədə daha yüksək olduğunu müəyyən edib.

Tədqiqatlar göstərir ki, siqaret çəkməmək, müntəzəm məşq etmək və sağlam pəhrizə riayət etmək kimi sadə həyat tərzi seçimləri bütün bu dəyişiklikləri ömrün sonlarında etsəniz belə, yüz ilədək yaşama şansınızı artırır.

ÜÇ ƏSAS SAĞLAMLIQ  AMİLİ

Alimlər komandası üç əsas amil əsasında “sağlam həyat tərzi hesabı” hazırlayıb:
1. Siqaret çəkmə durumu (heç vaxt siqaret çəkməmiş, öncədən siqaret çəkən və hələ də siqaret çəkən)
2. Məşq vərdişləri (indiki, əvvəllər və ya heç vaxt idman etməyən)
3. Pəhriz müxtəlifliyi (meyvə, tərəvəz, balıq, lobya və çayın müntəzəm istehlakı əsasında)

İştirakçılar hər bir faktora görə 0-2 xal alaraq, ümumilikdə 0-6 arası xal toplayıb.

SAĞLAM SEÇİMLƏR ÖMRÜ UZADIR

Bu sağlam seçimlərin edilməsi maraqlı nəticələr doğurub. Məlum olub ki, ən yüksək həyat tərzi balı (5-6 bal) olanlar ən aşağı bal toplayanlardan (0-2 bal) xeyli uzun yaşayıblar.

Buna görə sağlam seçim edənlərin 100 ildən çox yaşama ehtimalı yüzdə 61 faizdən daha çoxdur.

SEÇİMLƏR VƏ ONLARIN İNSAN HƏYATINA TƏSİRİ

Heç vaxt siqaret çəkməyən, indiki siqaret çəkənlə müqayisədə 100-ə çatma ehtimalını 25 faiz artırır.

Müntəzəm olaraq məşq edənin, heç məşq etməyənlə müqaisədə ömrü 31 faiz artır.
Yüksək çeşidli pəhriz aşağı çeşidli pəhrizlərlə müqayisədə şansları 23 faiz artırır.

Maraqlıdır ki, tədqiqatçılar bədən kütləsi indeksi və spirt istehlakının 100 ildən çox ömür sürməyə  əhəmiyyətli dərəcədə təsiri olmadığını aşkar ediblər.