Survivor çempionu Nisa Bölükbaşı nişanlanıb

"Survivor All Star 2022" çempionu Nisa Bölükbaşı bir müddətdir birlikdə olduğu sevgilisi Yiğit İnandı ilə evlilik yolunda ilk addımı atıb. Bölükbaşı sevincini izləyiciləri ilə bölüşüb.

Sherg.az xəbər verir ki, günlərlə çempionluğu müzakirə edilən Bölükbaşı şəxsi həyatı ilə də ad çıxarıb.


 
Bir müddətdir Yiğit İnandı ilə sevgili olan keçmiş Survivor çempionu evliliyə ilk addımını atıb. Nişandan kadrları yayımlayan Nisa Bölükbaşının paylaşımı böyük marağa səbəb olub.

Nişan mərasimində ağ paltar geyinməyi seçən Nisə Bölükbaşının sadəliyi diqqətdən yayınmayıb.

Qeyd edək ki. Nisa Bölükbaşı birlikdə yarışdıqları Survivor 2020-dən sonra Barış Murat Yağcı ilə eşq macərası yaşamışdı. Xoşbəxtliyi qısa müddətli olan cütlüklərdən Bölükbaşı daha sonra Ogeday Girişkenlə yeni eşqə yelkən açmışdı.