Atmayın, ləzzət qaynağıdır!

Demə, toyuğun ən faydalı hissəsi zibilliyə gedir

Bir çox evdar xanımlar bunu bilmədiyindən məhsulu zay edir

  Toyuq bişirərkən məhsulun bəzi hissələrinin kəsilib atılması adət halını alıb. Mütəxəssislər isə bildirir ki, kəsilib atılan hissələr, əksinə, yeməyi dadlı edəcək hissələrdir. Bir çox evdar xanımlar isə bunu bilmədiyindən məhsulu zay edir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, toyuq bulyonu yeməkləri ləzzətli edən inqridiyentdir. Lakin xanımların bir çoxu toyuq ətinin qaynadıldığı suyu atır. Bu, yanlışdır. Toyuq bulyonu qlikoprotein və zülal qaynağıdır. Əlbəttə ki, söhbət kimyəvi maddələrlə yetşdirilən broyler toyuqlarından yox, təbii şəraitdə yetişən toyuqlardan gedir. Toyuq bulyonu amin turşular, minerallarla zəngindir. Bu, orqanizmin immunitetini gücləndirir, həzmi yüngülləşdirir, mədəni rahatladır. Bulyonun tərkibindəki jelatin çox faydalıdır. Oynaqları məhkəmləndirir, iltihabın qarşısını alır, oynaq ağrılarının aradan qalxmasına kömək edir. Artrit problemi olanlar davamlı toyuq bulyonu içsələr, problem həllini tapacaq. Toyuq bulyonunun tərkibində dəriyə elastiklik verən, üz dərisini parlaq, elastik saxlayan, qırışları aradan qaldıran proteinlər mövcuddur. İş günündən sonra toyuq bulyonu içmək insanı gümrahlaşdırır. Bir kasa toyuq suyu enerji deposu effekti verir. Xüsusilə, azyaşlılara, yeniyetmələrə toyuq bulyonu içirmək məsləhətdir. Toyuq bulyonu şorbalar, plovun hazırlanmasında da istifadə olunur. Bunun üçün bulyonu soyuducuda hazır saxlamaq da olar. Lakin xarab olmasın deyə bəzi məqamlara diqqət edilməlidir. Toyuq bulyonunu uzun müddət xarab olmadan saxlamaq və ləzzətinin itməməsi üçün saxlanma qabının içərisinə buz parçaları ata bilərsiniz. Saxlamaq məqsədilə qaynatdığınız toyuğun suyuna duz atılmamalıdır. Bulyon hazır olduqdan sonra içərisinə buz parçaları atılmalıdır. Bulyonu dondurucuya da qoymaq olar. İstədiyiniz zaman bulyonu dondurucudan çıxarıb yeməklərdə istifadə edə bilərsiniz. Hava keçirməyən saxlama qablarında toyuq bulyonu hətta 6 ay da ləzzəti dəyişmədən qala bilir.