Şoyqunu Bakıya gətirən səbəblər: İlham Əliyevlə görüşündə dedi ki... -TƏHLİL

Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu avqustun 5-də Bakıda səfərdə idi. Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib.  Prezident İlham Əliyev S.Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirdi.
Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd etdi.
Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirdi.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi S.Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu dedi.
S.Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini dedi. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirdi və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd etdi.
S.Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirdi.
Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində Ulu Öndərin böyük rolu bir daha qeyd edildi, Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulandı.

Tərəflərin müzakirəsində diqqət çəkən bir neçə məqam var. Bunlardan birincisi, Azərbaycan liderinin Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün nümunə olması barədə dedikləridir. Məsələ ondan ibarətdir ki, bu gün dünyada çox ciddi qütbləşmə gedir. Ayrı – ayrı oyunçular öz tərəflərini seçirlər. Belə bir şəraitdə rəsmi Bakı balanslı xarici siyasət kursunu uğurla davam etdirir. Bunun əsasında isə müstəqillik dayanır. 
2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında Bəyannəmə ikitərəfli münasibətlərin inkişafı istiqamətində yeni mərhələnin əsasını qoydu. 
Bu gün dünyada Rusiyanın tərəfdaşlarının sayı getdikcə azalır. Belə bir vəziyyətdə rəsmi Bakı özünün qonşusu olan Moskva ilə münasibətləri qorumağa çalışır. Bu, özünü bütün sahələrdə, o cümlədən iqtisadi sahədə göstərir. Bu, Rusiya üçün, əlbəttə, əhəmiyyətli məsələdir. 
Rusiya məhz Azərbaycanla münasibətlər hesabına bu gün özünün Cənubi Qafqazla bağlı maraqlarını qoruyaq bilər. Nəzərə almaq lazımdır ki, Qərbin təzyiqi ilə İrəvan Moskvanın kurasiyasından artıq çıxır. Belə bir vəziyyətdə Bakı ilə münasibətlər Moskva üçün az qala, həyati əhəmiyyətlidir. 
Qeyd etdiyimiz kimi, müzakirə olunan məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi oldu. Rəsmi Moskva prosesi yaxından izləyir. Rusiya rəsmilərinin tez- tez Cənubi Qafqazla səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir. 
Əvvəl də dediyimiz kimi, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq regional əməkdaşlıq mühitinin təmin olunmasını nəzərdə tutur. Bunu Rusiya da anlayır. 
44 günlük müharibəyə qədər həm Qərb, həm də Rusiya regiondakı mövcudluqlarını konflikt vasitəsilə təmin etmək istəyirdi. ABŞ və Avropa İttifaqı indi də bu strategiyalarını dəyişənə oxşamırlar. Moskvanın mövqeyində isə müəyyən dəyişimlər hiss olunur. Bu isə səbəbsiz deyil. Birincisi, Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu avqustun 5-də Bakıda səfərdə idi. Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib.  Prezident İlham Əliyev S.Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirdi.
Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd etdi.
Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirdi.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi S.Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu dedi.
S.Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini dedi. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirdi və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd etdi.
S.Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirdi.
Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində Ulu Öndərin böyük rolu bir daha qeyd edildi, Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulandı.
Tərəflərin müzakirəsində diqqət çəkən bir neçə məqam var. Bunlardan birincisi, Azərbaycan liderinin Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün nümunə olması barədə dedikləridir. Məsələ ondan ibarətdir ki, bu gün dünyada çox ciddi qütbləşmə gedir. Ayrı – ayrı oyunçular öz tərəflərini seçirlər. Belə bir şəraitdə rəsmi Bakı balanslı xarici siyasət kursunu uğurla davam etdirir. Bunun əsasında isə müstəqillik dayanır. 
2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında Bəyannəmə ikitərəfli münasibətlərin inkişafı istiqamətində yeni mərhələnin əsasını qoydu. 
Bu gün dünyada Rusiyanın tərəfdaşlarının sayı getdikcə azalır. Belə bir vəziyyətdə rəsmi Bakı özünün qonşusu olan Moskva ilə münasibətləri qorumağa çalışır. Bu, özünü bütün sahələrdə, o cümlədən iqtisadi sahədə göstərir. Bu, Rusiya üçün, əlbəttə, əhəmiyyətli məsələdir. 
Rusiya məhz Azərbaycanla münasibətlər hesabına bu gün özünün Cənubi Qafqazla bağlı maraqlarını qoruyaq bilər. Nəzərə almaq lazımdır ki, Qərbin təzyiqi ilə İrəvan Moskvanın kurasiyasından artıq çıxır. Belə bir vəziyyətdə Bakı ilə münasibətlər Moskva üçün az qala, həyati əhəmiyyətlidir. 
Qeyd etdiyimiz kimi, müzakirə olunan məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi oldu. Rəsmi Moskva prosesi yaxından izləyir. Rusiya rəsmilərinin tez- tez Cənubi Qafqazla səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir. 
Əvvəl də dediyimiz kimi, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq regional əməkdaşlıq mühitinin təmin olunmasını nəzərdə tutur. Bunu Rusiya da anlayır. 
44 günlük müharibəyə qədər həm Qərb, həm də Rusiya regiondakı mövcudluqlarını konflikt vasitəsilə təmin etmək istəyirdi. ABŞ və Avropa İttifaqı indi də bu strategiyalarını dəyişənə oxşamırlar. Moskvanın mövqeyində isə müəyyən dəyişimlər hiss olunur. Bu isə səbəbsiz deyil. Birincisi, Rusiya əvvəlki ampluasına qayıdaraq Azərbaycanla münasibətləri pisləşdirmək istəməz. İkincisi, Rusiya- Ermənistan münasibətləri əvvəlki kimi deyil. Yəni Moskva daha İrəvana “dayılıq” etməz. Üçüncüsü, Kreml indiki anda Qərbin regional oyunlarını pozmaqda maraqlıdır. Dördüncüsü, bu gün Moskvanın Bakı ilə İrəvan arasındakı sülh vasitəsilə regional maraqlarını təmin etməsi daha realdır, nəinki konfliktlə. Elə buna görə də vasitəçiliyə can atır.
Ancaq, əlbəttə, Rusiyanı düşündürən ancaq öz maraqlarıdır. Sabah vəziyyət dəyişə bilər. Odur ki, istənilən halda Bakı Moskvaya çox bel bağlamamı, İrəvanla ikitərəfli təmaslara üstünlük verməlidir. Sadəcə lazım olduqca ikitərəfli münasibətlərə arxalanaraq Rusiyanın Ermənistana təsir imkanlarından istifadə etmək olar. 

Kənan Novruzov