Səsvermə vəsiqələrinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 101.1, 101.2-ci maddələrinə əsasən, dairə səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır.

Növbədənkənar parlament seçkiləri ilə bağlı bu proses 2024-cü il avqustun 7-dək olan dövrü əhatə edib.