“Dubay şokoladı”-Təhlükə yayılır

  Türkiyənin Çankırı Karatekin Universiteti Mühəndislik Fakültəsi qida mühəndisliyi bölümünün müəllimi, dosent Hüdayi Ercoşkun Dubay şokoladının uşaqlara mənfi təsir etdiyini və bunun nəzərə alınmasının lazım olduğunu bildirib. 
“Sherg.az"“Milliyet.com.tr”yə istinadən xəbər verir ki, püstə, kadayıf və şokoladdan ibarət olan Dubay şokoladına son vaxtlar hədsiz tələbat yaranıb. Sosial şəbəkələrdə görüntüləri paylaşılan bu məhsula böyüklərdən daha çox uşaqlar maraq göstərir. Bir çox çeşiddə istehlak edilən şokoladdan fərqlənən Dubay şokoladı üçün böyük şirkətlər, şirniyyat evləri, kiçik şokolad istehsal edən sexlər və evdar qadınlar sözün əsl mənasında yarışa çıxıb. Amma bunun digər şokoladlardan yeganə fərqi içərisində xırda-xırda doğranmış kadayıfın olmasıdır. Qiyməti isə getdikcə artır. Bu tələbat və yüksək qiymət tezliklə saxtaların bazarda peyda olmasına yol açıb. Dubay şokoladı adı altında püstəyə bənzər inqrediyentlərlə yanaşı keyfiyyətsiz kakaonun da istifadə edildiyi məhsullar da bazara çıxıb. İstehlakçı Konfederasiyasının sədri Aydın Ağaoğlu açıqlamasında son günlər xüsusilə sosial medianın təsiri ilə Dubay şokoladına marağın çox artdığını bildirib. O, məşhur şəbəkə bazarına getdiyini və ona “Hər kəs “Dubay şokoladı” satmağa çalışır. İndi rəfə qoyulsa, min ədədi dəqiqələr içində satılacaq”,  deyildiyini söyləyib. A.Ağaoğlu bunu “lüks istehlak çılğınlığı” adlandırıb. Onun başqa yerlərdə həddindən artıq baha qiymətə satıldığının şahidi olduğunu bildirən Ağaoğlu: “Kiloqramı 4 min lirəyə çatdı. 100 qramını 400 lirəyə qədər qiymətə satırlar. Niyə bu qiymətlər, bu şokoladı kim tanıtdı, kim məşhurlaşdırdı, məqsədi nədir? Xüsusilə uşaqlarda lüks istehlak çılğınlığına səbəb olur. Uşaqları və gəncləri dəbdəbədən istifadə etməyə təşviq edir. Dubay şokoladını əldə edə bilməyənlər nə edəcək? Onu əldə edə bilən, lakin sağlamlıq səbəbi ilə istehlak edə bilməyən uşaqlara bunu necə izah edəcəksiniz? Dubay şokolad çılğınlığını mütləq dayandırmaq lazımdır, burada anaların və ataların üzərinə böyük məsuliyyət düşür. Uşaqlar bu istehlak çılğınlığından uzaq tutulmalıdır. Bəzi yerlərin tələbatı ödəyə bilmədiyini vurğulayan Ağaoğlu, “Bir çox yerdə sözün əsl mənasında növbə çəkirlər. Hətta məktəb yeməkxanalarında da satıldığı iddia edilir. Doğrudursa, tədbir görülməlidir. “Hər uşağın bu bahalı məhsulu almaq imkanı yoxdur. Tələbatın artması ilə saxta məhsulların istehsal olunmağa başladığını eşitdiklərini deyən Ağaoğlu, “Belə bahalı və populyar məhsullar olanda dərhal saxta və keyfiyyətsiz olanlar bazara çıxmağa başladı. Bir vaxtlar paxlavanın içinə qoyulan doğranmış noxud yenidən gündəmə gələ bilər. İstehlakçılara xəbərdarlıq edirik, Dubay adına aldanmayın, bu, üyüdülmüş yaşıl noxuddur”, deyib. H. Ercoşkun da Dubay şokoladının uşaqlara mənfi təsir etdiyini və bunun nəzərə alınması lazım olduğunu bildirib: Dubayda nə kakao, nə də püstə bitmir. Dünyada şokoladın ən çox qəbul edilən inqrediyentləri süd və fındıqlardır. Türkiyə bu baxımdan nadir ölkələrdən biridir. Bütün bu potensiala baxmayaraq, Türkiyədə həddindən artıq dəbdəbəli istehlakın simvolu halına gələn Dubay şokoladı uşaqları həvəsləndirir. Uşaqlar üçün dəbdəbəli istehlakı təşviq edən bu cür reklamlardan və həddi aşmaqdan çəkinmək lazımdır”.