
Çağırışçıların cəlbi Moskvanın Ukraynada verdiyi çoxsaylı itkilərlə bağlıdır -ŞƏRH
09:29 07.04.2025
Dünya
397
Az qala hər gün minlərlə Rusiya vətəndaşı döyüş cəbhəsində həlak olur
Bütün bunlar əslində Rusiyanın öz təcavüzkarlığından imtina etməyəcəyindən xəbər verir
Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir. Bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.
2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmış, 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırılması ilə pik həddinə çatmışdı.
Amma sonrakı illərdə kəskin azalma başladı. Rusiyanın müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında olub - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır.
Çağırışçıların sayındakı bu artım Prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Putinin fərmanına əsasən, növbəti üç il ərzində hərbi qulluqçuların sayının 1,5 milyona çatdırılması planlaşdırılır.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Rusiya ümumiyyətlə təcavüzkar ölkədir:

"Bu gün Ukrayna ilə müharibə davam etməsəydi belə, yenə də Rusiyada hərbi gücü artırmaq üçün yeni qüvvələrin orduya cəlb edilməsi, canlı qüvvə sayının artırılması prosesi reallaşacaqdı. Çünki Rusiya daim özünün hərbi gücünü artırıb özəlliklə də qonşu dövlətlərə qarşı hərbi ritorikadan istifadə edən dövlətdir. Ona görə də hazırda yeni çağırışçıların hərbi xidmətə cəlbi məsələsi Moskvanın Ukraynada verdiyi çoxsaylı itkilərlə bağlıdır. Yəni az qala hər gün minlərlə Rusiya vətəndaşı döyüş cəbhəsində həlak olur. Bunun səbəbları isə təbii ki, Ukrayna deyil, Rusiyanın özüdür. Eyni zamanda nəticədə canlı qüvvə mövzusunda kasadlıq yaranır. Ona görə də bu və ya digər adlar altında daha çox canlı qüvvənin orduya cəlbinə çalışırlar. Bütün bunlar əslində Rusiyanın öz təcavüzkarlığından imtina etməyəcəyindən xəbər verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya