
Bakının səbr kasası daşır: Azərbaycan “Yerkrapa” terrorçularının şərti sərhədə yerləşdirilməsinə göz yummayacaq
11:49 17.04.2025
Aktual
433
“Yerkrapa” terror təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərib.
Bu barədə “44th Ranger Regiment” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var:
“Həmçinin separatçı əski parçasını qoluna yapışdıranları da görmək olar. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir”.
Hərbi ekspert Azər Bayramov "Sherg.az"a deyib ki, Ermənistanın müxtəlif yollarla təxribata əl atması onların sülh sazişinin əldə olunması və regionda sabitliyin təmin olunmasında maraqlı olmadıqlarının göstəricisidir:

“Bunu Ermənistanın davranışlarına baxdıqda açıq şəkildə görmək mümkündür. Ermənistan hərbi-siyasi rəhbərliyi sülhlə bağlı yalnız dildə müxtəlif fikirlər səsləndirir, ancaq əməldə tamamilə zid fəaliyyətlərlə məşğuldurlar. Ermənistanın sürətlə silahlanması, ordusunu dırnaqarası havadarlarının dəstəyi ilə yenidən formalaşdırması, ehtiyatda olan hərbiçiləri orduya qaytarması və “Yerkrapa” terror təşkilatını Azərbaycan şərti sərhədə yerləşdirməsi kimi fəaliyyətləri var. Ermənistan bununla vəziyyətin daha da gərginləşdirilməsinə xidmət edərək süni xaosdan yararlanaraq havadarlarından hərbi və siyasi dəstək almaq niyyəti güdür. O, sözügüdən proseslərdə tək deyil. Ermənistana hərbi istiqamətdə göstərilən bütün dəstək onların hərbi-siyasi rəhbərliyi daxil olmaqla revanşitləri də gələcəkdə münaqişənin alovlanmasına həvəsləndirir. Ermənistan ordusunda oluna islahatları və tədarük edilən silahları ciddi şəkildə qiymətləndirməliyik. Amma vurğulamaq lazımdır ki, bu proseslərin İrəvana heç bir xeyri olmayacaq. İkinci Qarabağ savaşına qədər Ermənistanın arsenalında yetərincə silah-sursat var idi. O, bunlara güvənərək özünü məğlubedilməz sayırdı. Azərbaycan Ordusu isə 30 il ərzində formalaşan mifi darmadağın etdi”.
Ekspert qeyd edib ki, Vətən müharibəsindən antiterror əməliyyatlarına qədər də Emrənistan təxribatçı fəaliyyətlərlə məşğul olur və separatçıları silahlandırırdı:
“Nəticə etibarı ilə Azərbaycan antiterror əməliyyatları həyata keçirdi və qəhraman ordumuz Qarabağda yerləşən seperatçı rejimi zərərləşdirdi. Bu Ermənistan və onun havadarları üçün ciddi dərs olmalıdır. Onlar başa düşməlidirlər ki, Ermənistanı yenidən silahlandırmaq yersizdir və əbəsdir. Azərbaycan mövcud vəziyyətin hər zaman olduğu kimi danışıqlar yoluyla həll edilməsinin tərəfdarıdır. Ancaq qarşı tərəfdən hələ də belə hümanist yanaşmaya təxribatlarla reaksiya verildiyinin şahidi oluruq. Ermənistan tərəfindən atılan addımlara Azərbaycan hələ səbrlə yanaşır. Rəsmi İrəvan həmin ritorikanı davam etdirəcəyi təqdirdə Azərbaycan tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya