Azərbaycan Uşaq Fondu xeyriyyə hərracı keçirəcək

8 oktyabr tarixində Azərbaycan Uşaq Fondu xeyriyyə hərracı keçirəcək.

Bu möhtəşəm tədbir “Galateya” restoranında baş tutacaq və qonaqlara həm xeyirxah bir işin iştirakçısı olmaq, həm də unikal əsərlər əldə etmək imkanı yaradacaq.
Hərracda tanınmış və gənc istedadlı rəssamların rəsm əsərləri və hədiyyələr təqdim olunacaq.

Toplanan bütün vəsait Azərbaycan Uşaq Fondunun himayəsində olan, qayğı və dəstəyə ehtiyacı olan uşaqlar üçün istifadə ediləcək. Bu layihə həm sənəti, həm də xeyirxahlığı bir araya gətirərək uşaqların gələcəyinə ümid işığı bəxş etməyi hədəfləyir.
Hərrac çərçivəsində əldə edilən hər bir əsər yalnız incəsənət dəyərinə görə deyil, həm də xeyriyyə məqsədinə görə xüsusi məna daşıyır.