Siyavuş Novruzov: "...Vətəndaşı incitmək olmaz”
15:31 30.09.2025
Gündəm
383
“Əlavə xərcləri də sığorta paketinə daxil etməliyik"
Xəstələr hotel qiymətinə qalmağa məcburdur
Milli Məclisdə özəl xəstəxanalarda tibbi sığorta ilə bağlı problemlərdən danışılıb. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, tibbi sığortayla əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da, qalmaq pulu nəzərdə tutulmur. Siyavuş Novruzov bildirib ki, bəzi əməliyyatlar özəl xəstəxanalara həvalə olunsa da, həmin özəl xəstəxanalarda qalmaq bahalı, hotel qiymətinədir:
“Xəstə əməliyyat olan kimi də durub evə gedə bilməz. Təklif edirəm ki, əməliyyat xərclərindən əlavə olan xərcləri də xidmətlər zərfinə daxil edək, ya başqa qayda ilə tənzimləyək. Digər tərəfdən, bir qrup xəstəliklər üçün dövlət tərəfindən dərmanlar ayrılır. Biz bir küçədən keçəndə az qala 10 aptek görürük. Amma bu xəstəliklər üçün ayrılan dərmanları ancaq bir aptekdən paylayırlar. Onun qarşısında sıra yaranır, vətəndaşa problem yaranır. 5-6 aptek açsınlar, onsuz da o dərmanların pulunu dövlət ödəyir. Vətəndaşı incitmək lazım deyil”.
Millət vəkili Razi Nurullayev də deyib ki, ildən-ilə sığorta paketinə daxil olan xəstəliklərin sayı artsa da, bununla bərabər bəzi xəstəliklərin də paketə daha tez daxil olunması vacibdir:
"Bu gün tibb müəssisələrində pasiyentlərə xidmət göstərən həkim kollektivindən başqa texniki və qeyri-tibb işçiləri də var. Tibb sahəsində, xəstəxana və tibb müəssisələrində çalışan qeyri-tibb, texniki, təsərrüfat sahələrində çalışan işçilərin əmək haqları çox aşağıdır. Xəstəxanalarda olan xidmət personalı ilə söhbət edirəm və görürəm ki, onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar. Bu şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün onların əmək haqları əsaslı şəkildə artırılmalıdır. Bu barədə həm Tibbi Sığorta Agentliyi, həm də TƏBİB ilə söhbətim olub. Yalnız 50 manat əmək haqqını artırmaq üçün xeyli vəsait tələb olunur. Buna görə də büdcə vəsaitlərinin müzakirəsi və qəbulu zamanı bu məsələnin prioritet kimi nəzərdən keçirilməsini istərdim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya