Yeni doğulan körpələrə film, serial qəhrəmanlarının adlarının qoyulmasını müşahidələr də təsdiq edir. Kimisə ideal hesab edib, övladımızın da ona bənzəməsini istəyə bilərik. Amma söhbət ad məsələsinə gələndə gərək iki dəfə düşünək. Axı isim hətta ömrü boyu, hətta ölümündən sonra da insanı izləyir.
Alim də narazıdır ! - ““Xiyar” adlı tələbəm var idi” - İki dəfə düşünün !
Banuçiçək Kalbalıyeva
16:29 17.08.2020
Cəmiyyət
1070
“Estetikanı nəzərə almaq da şərtdir. Bir baxın, İnci, Zümrüd nə gözəl səslənir”
“Əsas məsələ milliliyimizi və dilin keyfiyyətlərini qorumaqdır”
“Bəzi valideynlər övladlarına bir çox serial və cizgi filmində olan personajların adlarını vermək istəyirlər”.
Bu sözləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. O, bildirib ki, bu istəklə çıxış edənlərin əksəriyyəti xaricdə yaşamış və ya təhsil almış vətəndaşlarımızdır.
Yeni doğulan körpələrə film, serial qəhrəmanlarının adlarının qoyulmasını müşahidələr də təsdiq edir. Kimisə ideal hesab edib, övladımızın da ona bənzəməsini istəyə bilərik. Amma söhbət ad məsələsinə gələndə gərək iki dəfə düşünək. Axı isim hətta ömrü boyu, hətta ölümündən sonra da insanı izləyir.
Statistik məlumat barədə “Sherg.az”a danışan dilçi-alim Adil Babayev bunu düzgün hesab etmədiyini söyləyib:
“Biz hər tendensiyaya meyil göstəririk. Sovet vaxtında Əliyə “Alik”, Vəliyə “Valik” deyirdik. Hətta anamıza “mama”, atamıza “papa” deyə səslənirdik. Başa düşürəm, bu, o dövrün tələbi idi. Amma vəziyyət artıq dəyişib. Heç olmasa, indi diqqətli olmalıyıq. Övladımıza ad qoymaq elə-belə məsələ deyil. Məsələn mənim “Xiyar” adlı tələbəm var idi. Belə seçimlər düzgün deyil”.
A.Babayevin fikrincə, uşaqlarımıza ad seçəndə müəyyən meyarları nəzərə almalıyıq:
“İlk növbədə milli mənsubiyyətimizə uyğun adlara üstünlük verməliyik. Yaxşı olar ki, ad beynəlxalq aləmdə də başa düşülsün və yazılsın. Fatimeyi-Zəhra kimi mürəkkəb adlardan qaçmaq lazımdır. Estetikanı nəzərə almaq da şərtdir. Bir baxın, İnci, Zümrüd nə gözəl səslənir. Niyə heç kim övladına “At”, “Toyuq” qoymur? Amma “Göyərçin” ən çox işlənən isimlərdən biridir.
Halbuki at göyərçindən daha faydalıdır. Deməli, gözəlliyi, özəlliyi də nəzərə almaq lazımdır. Ona görə də övladlarımıza ad qoyanda hissiyata qapılmaq olmaz. Əsas məsələ milliliyimizi və dilin keyfiyyətlərini qorumaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya