“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir
10:33 10.12.2024
Cəmiyyət
346
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Eko maarifləndirmə” günü keçirilib.
Sherg.az xəbər verir ki, “Eko maarifləndirmə” günü cəmiyyətdə könüllülər arasında ekoloji biliklərin artırılması və ekoloji davranışların təşviq edilməsinə həsr olunub. Gün çərçivəsində Azərbaycan könüllülərinin ölkəmizdə təkrar emal sahəsində gedən proseslərlə tanışlığı məqsədilə Balaxanı Sənaye Parkınaekskursiyası, eləcə də vətəndaşlar arasında ekoloji təmiz vasitələrdən istifadə vəpolietilen torbaların təbiətə təsirlərinə həsr olunan “Bir çanta, bir fərq” aksiyası həyata keçirilib.
“Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə keçirilən Balaxanı Sənaye Parkına ekskursiya çərçivəsində Azərbaycan könüllüləri Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə tanış olublar. Onlar, tullantıların toplanması, çeşidlənməsi və emalı mərhələlərini, həmçinin müasir texnologiyaların istifadəsini yerində izləyiblər. Eyni zamanda, parkın işçiləri könüllülərə təkrar emalın əhəmiyyəti, ətraf mühitin qorunması və bu sahədə Azərbaycan tərəfindən atılan addımlar haqqında ətraflı məlumat veriblər.
Gün ərzində qeyd edilən layihələr arasında vətəndaşları ekoloji təmiz vasitələrdən istifadə, polietilen torbaların təbiətə təsirləri barədə məlumatlandırmaq məqsədli Azərbaycan könüllüləri tərəfindən keçirilən fəaliyyət çərçivəsindəBakı şəhərində yerləşən müxtəlif supermarketlər vəhipermarketlərin qarşısında könüllülər tərəfindən vətəndaşlara eko çantalar paylanıb. Sosial fəaliyyətin əsas məqsədiinsanlara polietilen torbaların təbiətə və ekosistemə verdiyi zərərləri göstərmək, ətraf mühitin qorunması istiqamətində fərdi məsuliyyətin vacibliyini vurğulamaqdır.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir. İcra olunan layihə və tədbirlər “Yaşıl Vətən”, “Vətənpərvər Könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” kimi müxtəlif istiqamətli mövzulara həsr olunub.
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə