Bahar Muradova: “Bölgələrdə uşaq sığınacaqları yaradılacaq”
Bahar Muradova: “Bölgələrdə uşaq sığınacaqları yaradılacaq”
Yusif Nəzərli
07:55 10.05.2023
Cəmiyyət
460
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə uşaq sığınacaqlarının yaradılması ilə bağlı tədbirlərini davam etdirir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında komitə sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, komitə səlahiyyətləri çərçivəsində tədbirlər görür:
“Bu istiqamətdə təkcə bizim komitə deyil, bütün aidiyyəti qurumlar əlaqələndirilmiş fəaliyyətlə məşğuldur. Uşaq hüquqlarının müdafiəsi, çətin şəraitdə olan uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstəririk. Biz əlaqələndirməni həyata keçirən bir orqan kimi prosesi daim diqqətdə saxlayır, dövlət orqanlarını və beynəlxalq qurumları məlumatlandırırıq.
Bizim komitə BMT yanında səkkiz komitənin ikisində dövri hesabatlarla çıxış edir. Hazırda da komitə həm uşaq hüquqları, həm də ayrı-seçkiliklə əlaqədar qarşımıza qoyulmuş öhdəliklə bağlı tövsiyələr və hesabat hazırlayır. O öhdəliklərdən biri də sığınacaqların yaradılmasıdır. Bununla bağlı dövlət proqramları da var. Həmin proqramlar çərçivəsində bölgələrdə sığınacaqların yaradılması nəzərdə tutulur”.
O qeyd edib ki, ötən il ikisi azad edilmiş ərazilərdə olmaqla, beş ailə mərkəzinin tikinti işləri davam edir:
“Artıq layihə-smeta sənədləri hazırdır. Biz tikintiyə başlamaq ərəfəsindəyik. Yaxın vaxtlarda beş mərkəz istifadəyə veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm