Bəraət aldıqdan sonra öldürülən idmançının hökmü LƏĞV EDİLDİ
Yusif Nəzərli
13:09 26.04.2022
Cəmiyyət
372
Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevlə bağlı hökmdən verilmiş şikayətlə bağlı apellyasiya protestinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində şikayətlə bağlı qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ilə bəraət almış Zaur Yusifov Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Digər təqsirləndirilən Həsən Tağıyev barəsindəki 18 il azadlıqdan məhrum etmə cəzası isə qüvvədə saxlanılıb.
Xatırladaq ki, qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib. 1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Hadisə ilə bağlı ilk olaraq Həsən Tağıyev saxlanılıb. Qətllə bağlı 1984-cü il təvəllüdlü Zaur Yusifov isə mayın 12-də şübhəli şəxs qismində tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Tağıyev CM-in 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Zaur Yusifovun isə qətldə iştirakı sübut olunmadığı qənaətinə gəlinərək ona bəraət verilib.
Z.Yusifov azadlığa buraxıldıqdan bir müddət sonra güllələnərək qətlə yetirilib.
Onu da deyək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınıb. O, “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi təqdim edilib.
Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil