Cəza tələbi ! - “Yoluxmuş insanın küçəyə çıxması təhlükədir”
Banuçiçək Kalbalıyeva
12:01 17.08.2020
Cəmiyyət
607
“Sözügedən addımı atanların cəzalanması şərtdir”
“Çünki söhbət cəmiyyətin təhlükəsizliyindən gedir”
“Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə çıxan 16 şəxs barəsində cinayət işi başlanılıb". Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov verib.
Onun sözlərinə görə, karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları yaşayış yerini tərk edən koronavirus xəstələrini aşkarlayıb: “Onların bir hissəsinə xəbərdarlıq edilib, bəziləri xəstəxanaya təhvil verilib, 16 fakt üzrə ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.
Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.
Laqeyd vətəndaşların bu əməli barədə “Sherg.az”a fikrini bildirən hüquq müdafiəçisi Səadət Bənanyarlı belələrininin cəzalanmasını tələb edib:
“Bu, insanlıq, vicdan məsələsidir. Başa düşmək lazımdır ki, yoluxmuş insanın küçəyə çıxması bütün cəmiyyət üçün təhlükədir. Ona görə də bilə-bilə, məqsədli şəkildə sözügedən addımı atanların cəzalanması şərtdir. Çünki söhbət cəmiyyətin təhlükəsizliyindən gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya