Dəhşətli həqiqət:29 il sonra ortaya çıxdı
Yusif Nəzərli
05:46 13.05.2023
Cəmiyyət
469
Ögey qızına təcavüz suçuyla uzun müddət həbsxanada yatdı
Ögey qızına təcavüz suçuyla 1994-cü ildə həbs edilən Patrik Broun 29 il sonra azadlığa buraxılıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, hadisə ABŞ-nin Orlean ştatında baş verib. 29 il əvvəl 6 yaşlı qızcığaza təcavüz cinayətinə görə həbs edilmiş ögey atanın azadlığa çıxması yerli məhkəmə hakimi Celvin Jonsonun məhkumluğunun aradan qaldırılması haqqında qərarından sonra mümkün olub. Hakimin qərarıyla Patrik Broun azadlığa buraxılıb. Ögey atası tərəfindən təcavüzə uğradığı zənn edilən şəxs də orada olub təsirli çıxış edib.
Vəkil illərlə həm kiçik qıza, həm də ögey ataya qarşı ədalətsizlik edildiyini, həqiqətin görməzdən gəlindiyini söyləyərək dövlətin onlara dəymiş mənəvi zərəri ödəməsini tələb edib. Təcavüzə uğramış qız 20 il ərzində məhkəməyə 100-dən artıq məktub yazıb, təcavüzkarın ögey atası olmadığını qeyd edib. Qızın dediyinə görə, ona təcavüz edən ailənin başqa bir üzvü olub. Lakin məhkəmənin ilk iclasında ifadə verməyə çağırılan qızcığaz həmin vaxt danışa biməyib, burnu qanadığı üçün onu məhkəmə zalından çıxarıblar.
Başqa dəlillər tapılmadığından ögey ata cinayətdə təqsirli bilinərək həbs edilib. Lakin qızcığaz uzun illər məhkəməyə müraciət edərək əsl cinayətkarın ögey atası olmadığını israrla bildirib.
Nəhayət, məhkəmə dəlillərin yenidən toplanmasına qərar verib, bununla da Patrik Brounun həbsdən azad edilməsi reallaşıb. Ögey atası həbsdən buraxıldığında artıq gənc qız olan zərərçəkmiş bunları söyləyib:
“Dinlədiyiniz üçün təşəkkür edirəm. Sonunda məni dinlədiyiniz üçün təşəkkürlər… Ailəmizin sevinməsinə yardım etdiyiniz üçün təşəkkürlər. Mənə atamı geri verdiyiniz üçün təşəkkürlər!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə