Düşmənin Gəncə hədəsinə münasibət: “İşğalçı cəzalanacaq !”
Banuçiçək Kalbalıyeva
13:05 18.08.2020
Cəmiyyət
630
“Onlar eyni ilə Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də layiqli cavabı alacaqlar”
Tovuz təxribatının heç bir nəticə vermədiyini görən erməniləri indi də Gəncəni hədəf alıblar. Daha doğrusu, bizi Gəncə ilə hədələyir, bu ərazini vura biləcəklərini iddia edirlər. Əlbəttə, düşmənin belə təhdidlərini bütün azərbaycanlılar sadəcə istehza ilə və qeyri-ciddi qarşılayırlar.
Birincisi, ermənilərdə bu cəsarət varmı? İkincisi də, gecə-gündüz keşik çəkən Azərbaycan hərbçiləri belə bir həmləyə imkan verərlərmi? Əlbəttə, yox. Heç kimin şübhəsi yoxdur ki, ordumuz hansısa bir təhlükəni hiss etdiyi an erməniləri darmadağın edər. Bunu düşmənlər özüləri də yaxşı bilirlər. Ya da, ola bilsin, iş o yerə çatıb ki, öz yalanlarına özləri də inanırlar.
Qarabağ qazisi, kəşfiyyatçı baş leytenant Kamil Musavi ermənilərin Gəncə təhdidləri barədə “Sherg.az”a danışarkən bildirib ki, bunlar boş və mənasız sözlərdir:
“Ermənilər bizi istədikləri yerlə hədələyə bilərlər. Amma dedikləri ciddi məsələ deyil.
Nə isə eləmək istəyən bunu deməz, eləyər. Həm də bacarırsa, eləsin, görək, nə olur. Ola bilər ki, düşmən bu cür dezinformasiyalarla Azərbaycan ordusunun fikrini yayındırıb, başqa istiqamətdə təxribat törətsin.
Amma ordumuz onsuz da bütün istiqamətlərdə müvafiq tədbirləri görür. Düşmən növbəti təxribatı törədəcəyi təqdirdə, yenə də cəzalanacaq. Onlar eyni ilə Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də layiqli cavabı alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya