Etiraz: “Hər yerindən duran hərbi klip çəkir” – Zabit mundirinə hörmətsizlik !
Banuçiçək Kalbalıyeva
13:25 17.08.2020
Cəmiyyət
1099
“Saqqalla hərbi forma geyinib klip çəkirlər”
“Axı bu, Azərbaycan ordusuna yox, İran keşikçilərinə yaraşır !”
“Əslində qanunvericilikdə hərbi mundirin daşınması, geyinilməsi ilə bağlı maddə var”
“Hərbi paltarda üzü tüklü, saqqallı klip çəkdirən manıslara deyin ki, Azərbaycan ordusu İran ordusu deyil. Hərbi paltarda klip, şəkil çəkdirəndə üzünüzü təraş edin! Hərbi paltar oyun-oyuncaq deyil! Ayıbdı!”.
Bu sözləri Qarabağ qazisi, “Qazilər. Az” saytının baş redaktoru Rey Kərimoğlu özünün “Facebook” hesabında yazıb. Və beləliklə, çox mühüm bir məsələni aktuallaşdırıb. Şəmistan Əlizamanlının hamımızın çox sevdiyimiz məşhur ifasını xatırlayaq: “...Səndən təsəlli, bir zabit mundiri, bir cüt ulduzlu, aylı paqonlar...”.
Şəhidlərin ailə üzvləri, övladları təsəllini bir daha geyinilməyəcək həmin hərbi paltarda tapdıqları, geyimi göz bəbəkləri kimi qoruduqları halda, bəziləri məhz deyildiyi kimi, ulduzlu, aylı paqonlara hörmətsizlik edir, guya özlərini vətənpərvər kimi göstərmək istəyirlər.
Sözügedən məsələ ilə bağlı daha ətraflı münasibət öyrənmək üçün elə R.Kərimoğlunun özü ilə əlaqə saxladıq. Qarabağ qazisi “Sherg.az”a danışarkən bildirib ki, belə halların qarşısı alınmalıdır:
“Bu, əxlaq, dünyagörüş məsələsidir. İnsanda gərək vətəndaş məsuliyyəti olsun. Saqqalla hərbi forma geyinib klip çəkirlər. Axı bu, Azərbaycan ordusuna yox, İran keşikçilərinə yaraşır. Əslində qanunvericilikdə hərbi mundirin daşınması, geyinilməsi ilə bağlı maddə var. Sadəcə, bilmirəm, zabit paltarı geyinib klip çəkdirənlərə qarşı bu qanun necə tətbiq oluna bilər. Hər halda bir forması tapılmalı və belələrinə qarşı tədbir görülməlidir”.
R.Kərimoğlunun fikrincə, belə məsələlərdə ixtisaslaşma tələb olunur:
“Hərbi məsələlərdən yazmaq, həmçinin bu mövzuda klip çəkmək, mahnı oxumaq və sair kimi məqamlar xüsusi ixtisaslaşma tələb edir. İndi hər yerindən duran hərbi klip çəkir. Belə olmaz. Bəzən şəhid haqqında elə danışırlar ki, elə bil, Makedoniyalı İsgəndər, ya Şah İsmayıldır. Bu dərəcədə şişirtmək düzgün deyil. Yəni sözügedən məsələlərə ciddi nəzarət edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya