Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı
Yusif Nəzərli
08:15 24.11.2022
Cəmiyyət
338
Fermadan oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən 73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək, oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Heyvanların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.
Bundan əlavə, polis əməkdaşları tərəfindən F.Rzayevin və Ş.Əsədlinin ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onların digər bir cinayət əməllərinin üstü də açılıb. Belə ki, həmin şəxslərin cari ilin oktyabr ayının əvvəlində rayonun Düzənlik kənd ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol