Payız həmişə qrip gətirir: Noyabrda xəstələnənlərin sayı daha da artacaq
Fidan Həmişəyeva
14:12 24.10.2019
Cəmiyyət
530
Qrip və digər infeksiya xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Xüsusilə azyaşlı uşaqlarda müxtəlif viruslara yoluxma, soyuqdəymə, halsızlıq kimi hallar müşahidə olunur.
Əsasən payız aylarında, yəni iqlim dəyişkənliyi zamanı xəstəliklərin çoxalmasına rast gəlirik. Bu zaman qida faktoru önəmli rol oynayır. Xüsusilə meyvə və tərəvəzlərin qəbulu insan orqanizmi üçün vacibdir. Bəs, azyaşlı uşaqların xəstəliklərə yoluxmaması üçün valideynlər hansı tədbirləri görə bilərlər?
Məsələ ilə bağlı Sherg.az-a danışan həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, hazırda oktyabr ayı yay fəsli kimi xarakterizə olunur. Ona görə də bu, bir az anromal hava şəraitidir:
“Hava normadan artıq isti olur. Payız fəsli özü ilə hər zaman qrip və tənəffüs yolları xəstəliklərini gətirir. Müxtəlif virus infeksiyaları payızın gəlişi ilə əlaqədar çoxalır. Bu da öskürək, burun axma, kiçik yaşlı körpələrdə qarın işləməsi, qusma, soyuqdəymə kimi hallarla müşahidə olunur. Oktyabr ayı üçün belə hallar xarakterikdir. Yəqin ki, noyabrda virus və infeksiyalarda, qripdən əziyyət çəkənlərin sayı daha da artacaq.
Azyaşlı övladı olan valideynlərə məsləhətim odur ki, yaz və payız aylarında infeksiyaların qarşısını almaq üçün uşaqların orqanizmini gücləndirsinlər. Bəzən valideynlər elə bilir ki, uşaqların orqanizmini gücləndirmək onların isti geyim və isti otaqda havasız saxlamaqdır. Lakin bu belə deyil. Əksinə uşaqlar açıq və təmiz havada daha çox gəzməlidirlər. Həmçinin bu aylarda bol meyvə-tərəvəz və göyərti qəbul edilməlidir. İnsanlar idman hərəkətlərindən də çox uzaqdır. Amma idman bədənin möhkənmlənməsinə şərait yaradır. Valideynlər özləri idmanla məşğul olmadıqları üçün bunu övladlarına da söyləmirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region