Polisin rüşvət aldığını kameraya çəkən şəxs döyülüb - İDDİA + FOTO
Polisin rüşvət aldığını kameraya çəkən şəxs döyülüb - İDDİA + FOTO
Yusif Nəzərli
09:41 24.11.2022
Cəmiyyət
666
Ağdaş rayon sakini rüşvət alanda polisi kameraya çəkdiyi üçün döyüldüyünü iddia edib.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş Mahmud Cahangir Əziz oğlu müraciət ünvanlayıb.
O iddia edib ki, Ağdaş Rayon Polis Şöbəsinin inzibati ərazi üzrə sahə rəisi polis leytenantı Afiq Abuşov və polis serjantı Elçin Cəfərov rayon daxilində yerləşən kənd təsərrüfatı məhsullarının satıldığı bazarda rayon sakinlərindən qanunsuz olaraq rüşvət yığıblar:
“Mən onların bu əməlini ifşa etdiyim üçün məni evimdə hədələdilər ki, videonu silim. Daha sonra da şöbəyə aparıb ayağıma ardıcıl zərbələr endirdilər”.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağdaş rayon sakini Mahmud Cahangirə qarşı rayon polis şöbəsində fiziki güc tətbiq edilməsi iddiaları ilə bağlı adları qeyd olunan polis əməkdaşları barəsində xidməti araşdırma aparılıb:
“Lakin qeyd olunanlar öz təsdiqini tapmayıb. Eyni zamanda, M.Cahangir özü də bu barədə rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluqda müraciət əsasında araşdırma aparılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsinə əsasən, vətəndaşa dərəcəsi təyin edilməyən xəsarətin polis əməkdaşları tərəfindən yetirilməsi faktı təsdiqini tapmayıb”.
“Mahmud Cahangirin kim tərəfindən döyüldüyünü müəyyən etmək, həmin şəxs və yaxud şəxslərin barəsində qanuni tədbir görülməsi məqsədilə rayon prokurorluğunda toplanmış materiallar araşdırılması üçün polis şöbəsinə göndərilib. Hazırda da iş üzrə araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.
DİN polisin rüşvət alması badədə iddiaya cavab verib:
“Meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslərə qarşı qanunsuz tələblər irəli sürülməsi barədə iddialar isə əsassızdır, sadəcə olaraq rayon ərazisində qanunsuz küçə ticarətinə qarşı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirilib, xəbərdarlıqlara məhəl qoymayanlar barəsində inzibati tənbeh tədbiri görülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol