“Qarabağ” - “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək
Yusif Nəzərli
08:05 25.03.2023
Cəmiyyət
583
Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qarabağ” (Ağdam, Azərbaycan) və “Qalatasaray” (İstanbul, Türkiyə) futbol klubları arasında martın ayının 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bakı Olimpiya Stadionunda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, matçın başlanması ərəfəsində arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə qatarlara daha rahat minib hərəkətini təmin etməkdir.
Bildirilir ki, gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq. Bununla belə, sərnişin sıxlığı yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual