Rənginə və formasına diqqət edin!
09:06 23.08.2024
Cəmiyyət
688
Dırnaqlarınız sağlamlığınız haqqında çox şey deyir
Əl və ayaq dırnaqlarının insanın xarakteri haqqında ipucu verdiyi məlumdur. Lakin əl və ayaq dırnaqlarının ötürdüyü məlumat bununla məhdudlaşmır. Dırnaqlar həm də səhhətimiz, sağlamlıq, mümkün xəstəliklər barədə də məlumat mənbəyidir.
“Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, mütəxəssislər sağlam əl və ayaq dırnaqlarının tərifini verib. Dırnaqlarda hər hansı bir əyrilik, çuxur, içəri batmaq kimi əlamətlər yoxdursa, sağlam hesab edilir. Ortası çuxur – qaşıq şəklində olan dırnaqlar qan azlığına işarət edir. Belə dırnağa sahib olanlarda oksigeni orqanizmin toxumalarına daşıyacaq yetərli sayda qırmızı qan hüceyrələri yoxdur. Bu, bədəndə dəmir çatışmazlığı ilə bağlıdır. Bu da yetərsiz qidalanma, mədə-bağırsaq problemindən xəbər verir. Avtomobil ustaları, bərbərlər, avto-yağlar və kimyəvi maddələrlə çalışanlarda belə dırnaqlara rast gəlinir. Bu insanlar xəstəliklərin səbəbini bilmək üçün mütləq həkimə müraciət etməlidirlər. Dırnaqların rəngini dəyişməsi də bəzi xəstəliklərin əlaməti ola bilər. Normal halda dırnaqların atındakı dəri – dırnaq yatağı qırmızımtıl-çəhrayı rəngdə olmalıdır. Əgər dırnaqların altındakı dəri rəngini dəyişibsə, bu, bəzi yoluxucu xəstəliklər nəticəsində baş verə bilər. Sarı rəng göbələk xəstəliyinin və ay sədəf xəstəliyi kimi dəri rahatsızlığının əlaməti ola bilər. Dırnaqların altındakı dəri rəngini dəyişibsə, səbəbini bilmək vacibdir. Dırnaqlar ağarırsa, buna “lyokoniş” deyilir. Belə bir hal müxtəlif səbəblərdən ortaya çıxa bilər. Bəzən bu hal qurğuşun və arsenik metal zəhərlənməsinin əlaməti ola bilər. Bunlar sulardakı çirklənmədən, çirkli su mənbələrindən istifadə zamanı üzə çıxır. Çirkli içməli su qaynaqları olan ölkələrin əhalisində ağarmış dırnaqlara çox rast gəlinir. Dırnaqlarda ağarma varsa, bu, protein çatışmazlığına, böyrək və qara ciyər xəstəliyinə də işarədir. Dırnaqlardakı kiçik ağ ləkələrsə, dırnaqların fiziki əzilmələrə məruz qalmasının əlaməti hesab edilir. Əl və ya ayaq dırnaqları əzildikdə əvvəlcə orada qara ləkə əmələ gəlir. Bu, ona görədir ki, dırnaq əzilərkən dırnaqla altdakı dəri arasına qan toplanır. Zamanla qan sovrulur, dırnaqlarda isə ağ ləkə qala bilir. Bəzənsə əzilmiş dırnaq ətdən ayrılır, zamanla yenisi köhnəni əvəz edir. Dırnaqlar qırılğan, cizgili, kələ-kötürdürsə, bu, hansısa xəstəliyin göstəricisi ola bilər, həkimə müraciət edib müayinə olunmaqda fayda var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm