Rəşad Atakişiyevin atası: "Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı"
13:46 21.08.2019
Cəmiyyət
433
Mən Rəşad kimi oğulla fəxr edirəm. Oxu.Az xəbər verir ki, bunu hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimində mərhumun atası Saləddin Atakişiyev dilə gətirib.
O, təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
“Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyib.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual