Rusiya KİV: “Heydər Əliyev həm Azərbaycanın, həm də Rusiyanın tarixində iz qoyub”
Yusif Nəzərli
08:59 10.05.2023
Cəmiyyət
413
Bu gün həm Azərbaycanın, həm də Rusiyanın tarixində iz qoymuş sovet və Azərbaycan siyasətçisi Heydər Əliyevin anadan olmasından 100 il ötür.
"Report"un məlumatına görə, bu barədə URA.RU informasiya agentliyində dərc edilmiş məqalədə deyilir.
“Sadə bir dəmiryolçu oğlu Sov.İKP-də ən yüksək sıralara yüksəlib, sənayenin bir neçə sahəsi üzrə kurator olub və XX əsrin 70-80-ci illərində SSRİ-nin əsas tikinti layihələrindən birinə rəhbərlik edib”, - məqalə müəllifi yazır.
Niyə Şərqi Sibir Dəmiryolunun stansiyalarından birinə onun adı verilib? Çünki bir vaxtlar Baykal-Amur magistralının tikintisi layihəsinə məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev rəhbərlik edib.
“Heydər Əliyevin dəmir yolları ilə birbaşa əlaqəsi olmasa da, o, layihələrin idarə edilməsi sistemini qura bilmişdi”, - “Tavolqa” Fondunun layihə rəhbəri, tarixçi Vasili Novikov bildirib.
"Heydər Əliyev yüksək idarəetmə qabiliyyətinə malik idi. Orada əsas vəzifə məhz yüksək keyfiyyətli idarəetmə sisteminin qurulmasından ibarət idi. Məncə, onun ən böyük nailiyyəti yerlərdə tikinti ilə bilavasitə məşğul olan insanlarla münasibət yaratmaq olub”, – tarixçi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil