Üstəlik, çəndə ən azı 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər-“Nə var odur”. O qədər əmin və qəti cavab verdilər ki, özümdən və “Hyundai” şirkətindən şübhələndim. Dedim, yəqin, “Hyundai” “bezrazmer” yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb”.
Sürücülərin “cibinə girirlər” : “Milyardlarla vəsait...”
Banuçiçək Kalbalıyeva
13:48 17.08.2020
Cəmiyyət
713
“Hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar”
“Amma onlara qarşı heç bir tədbir görülmür”
“Nəzarət və cəza mexanizmi işə düşməlidir”
“Lukoil”un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin çəninə 82 litr yanacaq vurulub. Bu iddia ilə Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri, tanınmış jurnalist Vamiq Nəsirov sosial şəbəkə hesabında yazıb: “ “Lukoil”un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq “vurdular”.
Üstəlik, çəndə ən azı 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər-“Nə var odur”. O qədər əmin və qəti cavab verdilər ki, özümdən və “Hyundai” şirkətindən şübhələndim. Dedim, yəqin, “Hyundai” “bezrazmer” yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb”.
Etiraf etmək lazımdır ki, bu, ilk belə hal deyil. Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru bu barədə “Sherg.az”a fikirlərini bildirib. Onun sözlərinə görə, bu, yeni problem deyil:
“Biz illərdir, həmin məsələ haqqında danışırıq. Elə bir sürücü tapılmaz ki, oxşar hallarla qarşılaşmasın. Yanacaqdoldurma məntəqələri gözümüzə baxa-baxa “cibimizə girir”. Özü də korrupsiya ilə mübarizənin bu qədər gücləndiyi bir vaxtda. Yanacaqdoldurma məntəqələri illərdir, milyardlarla vəsait oğurlayırlar, amma onlara qarşı heç bir tədbir görülmür.
Sadəcə yiyəsiz, sahibsiz yanacaqdoldurma məntəqələri bağlanır, digərləri isə fəaliyyətini yenə də davam etdirir. SOKAR müntəzəm olaraq açıqlama verir və bildirir ki, yanacaqdoldurma məntəqələrinə keyfiyyətli benzin satılır.
Deməli, həmin məntəqələr özləri nə isə bir dələduzluq edirlər. Hər halda hüquq mühafizə orqanları belələrinə qarşı sərt tədbirlər görməli və onları cəzalandırmalıdır. Bu, o qədər də böyük araşdırma tələb etmir. Hər şey gün kimi aydındır”.
E. Muradlı, həmçinin yanacaqların keyfiyyəti məsələsinə də toxunub:
““Azpetrol”, “Lukoil” kimi yanacaqdoldurma məntəqələri hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar. Dediyim kimi, hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməlidir.
Lakin problem bununla bitmir. Bizim xaricə satdığımız yanacaqdan hər kəs razıdır. Di gəl ki, növbə özümüzə çatanda vəziyyət dəyişir. Məlum olduğu kimi, biz xaricdən yalnız 95 markalı, prenium benzin alırıq. Ölkəmizdəki sürücülərin əksəriyyəti isə yerli istehsal olan 92 markalı benzindən istifadə edir.
Deməli, keyfiyyətli məhsulu əcnəbiyə, keyfiyyətsizi özümüzünkünə satırıq. Nəticədə 5-6 aydan sonra maşında nasazlıq yaranır, qəribə səslər çıxır. Ustalar da təsdiqləyir ki, problem benzinin keyfiyyətindədir.
Danışmaqla, müzakirə etməklə hansısa nəticə əldə etmək ümkün deyil. Nəzarət və cəza mexanizmi işə düşməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya