Ulu öndərin yolu ilə... - MÜHÜM TƏDBİR+ FOTO
Yusif Nəzərli
13:28 28.03.2023
Cəmiyyət
702
Bildiyimiz kimi 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi münasibətilə ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində silsiləli tədbirlər keçirilir. Bu səbəbdən Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdləri "Ulu öndərin yolu ilə" şüarı altında aylıq plana uyğun olaraq ardıcıl tədbirlər keçirirlər.
"Sherg.az" xəbər verir ki, ilk tədbir 19.01.2023-cü il tarixində keçirilmiş, aylıq plana uyğun olaraq görüləcək işlər barədə məlumat verilmiş, şagirdlər arasında iş bölgüsü aparılmışdır.
20.02.2023-cü il tarixində 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdlərinin iştirakı ilə Ümumilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans keçirilmişdir.
Üçüncü aylıq plana uyğun olaraq 27.03.2023-cü il tarixində növbəti konfrans keçirilmişdir. Azərbaycanın böyük oğlu, ümumilli liderimiz Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə, adət-ənənələrinə göstərdiyi diqqət və qayğıdan söhbət aparılmışdır.
Ümumilli liderin milli dəyərlərin qorunması və nəsildən nəsilə ötürülməsi üçün gördüyü işlərin haqqında geniş məlumat verilmişdir. Hələ 14 iyul 1969-cu il tarixində Azərbaycan SSR-in Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin olunduqdan sonra Heydər Əliyevin bu sahədə atdığı addımlardan danışılmışdır. Ümumilli lider maddi, mədəni zənginliklərə sahib olan Azərbaycanın həmin vaxta qədər keçmiş İttifaqda sıradan bir respublika, bəzi sosial iqtisadi göstəricilərinə görə isə xeyli geri qalmış respublika kimi təqdim edilməsinə qarşı çıxaraq mühüm addımlar atmışdır. Zənginliyi lazımı səviyyədə ortaya çıxarmaq, reallıqları düzgün qiymətləndirmək zəruri idi. O cümlədən mədəni mirasımız, ədəbiyyat və incəsənətimiz özünün gerçək himayədarını gözləyirdi. XX əsrin II yarısında Sovet rejimi dövründə bu müşkül, hətta qeyri mümkün idi. Amma Heydər Əliyev kimi dahi bir şəxsiyyət bütün bu dəyərlərin qorunması və inkişafında mühüm rol oynaması bugünkü mədəniyyətimizin bünövrəsi oldu.
1993-cü il 15 iyun tarixində xalq Heydər Əliyevin timsalında nəinki öz qurtuluşuna, eyni zamanda parlaq gələcəyinə qovuşdu. Bu tarixi dönüş Azərbaycana əmin-amanlıq, milli birlik, siyasi, iqtisadi, mədəni inkişaf bəxş etdi. Əldə etdiyimiz bütün nailiyyətlərimizə Ulu öndərin ölkəmizdə nail olduğu dinc şərait səbəb olmuşdur.
Şagirdlər Ulu öndərin mədəniyyətimizin qorunmasında gördüyü mühüm işlər haqqında məlumat vermişlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat