Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR
13:55 25.11.2024
Cəmiyyət
443
12 yaşına çatmamış məcburi ərə verilən qızın hazırda 23 yaşı var.
Oxu.Az-ın əldə etdiyi məlumata görə cənub zonasından olan həmin xanımın 14 yaşında ikinci hamiləlikdən dünyaya gətirdiyi oğlu isə doqquz yaşındadır.
Anasından fərqli olaraq oğlu məktəbə gedir. Çünki anası onun təhsilsiz olmasını istəmir.
Onu da öyrəndik ki, 11 yaşında ərə gedən xanımın hazırda heç bir sənəti və bacarığı yoxdur. Anası onu zorla öz bacısı oğluna ərə verib. Həmçinin anası öz qızını boşanmaq fikrinə düşdüyü üçün bacısı ilə düşmən etməkdə də ittiham edib. Boşanma məsələsində isə son qərar qəbul edilməyib. Qız boşanmaq istəsə də, məsələ açıq formada qalıb. Xanım hazırda övladı ilə birlikdə Bakıda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindədir.
14:30
Kasıb ailədə böyüyən və məktəbə getməyən qızın 12 yaşına çatmamış məcburi ərə verilməsi məsələsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Əzizə İsmayılova
13:50
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşına çatmamış məcburi ərə verilib.
Oxu.Az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün "Facebook" hesabında azyaşlının acı hekayəsini paylaşıb:
"Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.
Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir - doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir".
Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci övladını dünyaya gətirib:
"Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirib, amma nə uşaq ola bilib, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilib".
Mehriban Zeynalova hazırda sözügedən qızın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildiyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm