
Yetkinlik yaşına çatmayanlara sükan həvalə edənlərə cəza verilməlidir -EKSPERT
10:21 23.08.2024
Cəmiyyət
554
Baş Dövlət Yol Polisi İdarəsinin avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib.
Qurumdan bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar. Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır", - məlumatda deyilir.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Ilqar Hüseynli "Sherg.az"a söyləyib ki, yetkinlik yaşına çatmayanlara sürücülük hüququ verilmir:

''Yəni, onların avtomobil idarə etməsi qanunla qadağandır. Təəssüf ki, bəzi gənclər və valideynlər qadağanı anlamırlar. Bu istiqamətdə valideynlərin məsuliyyətini artırmaq lazımdır. Fikrimcə, yetkinlik yaşına çatmayan birinə sükanı həvalə edən avtomobil sahiblərinə cəza verilməlidir. Bu kimi qanunsuz halların tam qarşısını almaq üçün qadağaları sərtləşdirmək lazımdır. Məsələn, biri nəqliyyat vasitəsini idarə etməyə yaşı çatmayan şəxsə avtomobilini verirsə, onun sürücülük hüququ müəyyən vaxt ərzində məhdudlaşdırılmalıdır. Əlavə olaraq, yüksək məbləğdə cərimə sanksiyaları da tətbiq edilə bilər. Ancaq bu halda yetkinlik yaşına çatmayanların sükan arxasında olmadığını görəcəyik. Onlar bununla həm özlərinin,həm də digərlərinin həyatına təhlükə yaradırlar. Əslində qaydalar sərtləşəndə insanlar bundan ibrət alırlar. Məsələn, əvvəllər cərimələrin az olduğu vaxtda avtobus zolağına digər sürücülər də daxil olurdular. Lakin cərimələrin miqdarı artırılaraq 100 manata çatdırdıqda avtobus zolaqlarında bir dənə belə digər nəqliyyat vasitəsini görmürük".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm