
Ermənistan əhaliyə hansısa xarici təhdidin olduğunu aşılayırlar -Analitik
10:03 03.02.2025
Aktual
457
Ermənistan höküməti əhalinin başını başqa məsələlərə qatmaqla siyasi mövzulardan uzaqlaşdırmağa səy göstərir
Fevralın 3-də saat 10:00-dan 15:00-dək Ermənistanın Tavuş rayonunun İcevan icmasının Lusahovit qəsəbəsində “Hava həyəcanı” siqnalı işə düşəcək. Bu barədə Ermənistanın yerli administrasiyası məlumat yayıb.
Bildirilib ki, bu, “əhalinin məlumatlandırılması, sığınacaq və evakuasiya tədbirlərinin təşkili” mövzusunda təlimlə bağlıdır.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistan hakimiyyəti və bütövlükdə dövləti əhalini onlara hansısa xarici təhdidin olduğunu aşılayırlar:

“Eyni zamanda həmin xarici təhdidlərə hazırlıqların görülməsini başa salırlar. Xarici təhdid deyəndə təbii ki, onlar Azərbaycanı nəzərdə tuturlar. Ona görə də Avropa müşahidə missiyasının müddətini yenidən 2 il uzatdılar. Yəni bir növ ölkə əhalisini daimi qorxu altında tutmağa çalışırlar. Bu cür təlimlərin keçirilməsi də sözügedən məsələ ilə bağlıdır. Ermənistan höküməti əhalinin başını başqa məsələlərə qatmaqla siyasi mövzulardan uzaqlaşdırmağa səy göstərir. Beləliklə, davamlı olaraq ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Eyni zamanda həmin məsələ Fransanın şəxsində Avropa dövlətləri ilə də bağlıdır. Çünki onlar Ermənistanda özlərinin önəmini bu yolla sübut etməyə cəhd edirlər. Ermənistan hakimiyyəti Fransaya çox bağlıdır, hətta ermənilər Parisin əlinin altında işləməkdən zövq alırlar. Fransa da Azərbaycanı qıcıqlandırmaq üçün hər cür yaramaz yola əl atır. Amma onlar bir şeyi unudurlar ki, Azərbaycan belə məsələlərə aldanacaq dövlət deyil. Azərbaycanı Ermənistandan fərqli olaraq təcrübəli rəhbər idarə edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm