Dövlət Miqrasiya Xidmətinin iki qurumunda nöqsanlar aşkarlandı
Yusif Nəzərli
09:56 05.04.2025
Ölkə
460
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax Rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə başçəkmələr həyata keçiriblər.
Sherg.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərin vəziyyətinin öyrənilməsi olub.
Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələri tərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb. MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmiş şəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləri ilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmət və dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu da bildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi də müəyyən olunub.
Yevlax Rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkmə zamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkmə zamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq, mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətli psixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruri əyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğu müəyyən edilib.
Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat