Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi baş verib

Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb.

Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.