Ravi Menon: Qabaqcıl iqtisadiyyatların necə öhdəliklər götürdüyünü müzakirə etməliyik

COP29-da əsas müzakirə mövzusu maliyyədir. Xüsusən, Yeni Kollektiv Kəmiyyətli Məqsədi (NCQG) ilə bağlı geniş müzakirələr var.

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda deyib.

“Bizim aparmalı olduğumuz və COP olaraq aparacağımız daha vacib müzakirə, qabaqcıl iqtisadiyyatların necə öhdəliklər götürdüyüdür. Şəxsi kapitaldan istifadə edə bilərikmi? Məsələ bunun 100, 200 və ya 300 milyon dollar olması deyil. Biz buna kifayət qədər diqqət yetirmirik. Əlavə nə qədər özəl kapital cəlb etmək olar və kapitalı buna nail ola biləcək şəkildə necə dizayn etmək olar? Düşünürəm ki, bu, bizim etməli olduğumuz kritik düşüncədir. İkinci məsələ - bu pullar hara gedir? Keçid fəaliyyətlərini mümkün etmək üçün bizə qarışıq maliyyə lazımdır. Bəs yaşıl infrastruktura necə investisiya etmək olar? Beləliklə, bunlar daha vacib müzakirələrdir: Pul hara gedir və özəl kapitaldan nə qədər tələb olunur?”