Navalnı xəstəxanaya aparıldı


Rusiyanın müxalifət lideri, “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

“RİA Novosti” xəbər verir ki, xüsusi xidmət orqanları tərəfindən xəstəxanaya gətirilən Navalnını ümumi terapevtik şöbəyə yerləşdiriblər.

Qeyd edək ki, ötən gün Rusiya paytaxtı Moskvada keçirilən icazəsiz aksiyalarda həbs olunan Navalnıya yerli məhkəmə ictimai asayişi təkrar pozmaq ittihamı ilə 30 sutka həbs verib.

Saxlama kamerasında allergiyadan şikayət edən müxalifət liderini təcili xəstəxanaya aparıblar, hazırda vəziyyəti stabildi.