Koronavirus təhlükəsi ilə əlaqədar olaraq, Böyük Britaniya hökuməti Çindəki səfirlik və konsulluq əməkdaşlarının bir qismini geri çağırır.
“RİA Novosti” bu barədə Britaniya hökumətinə istinadla xəbər yayıb.
Bununla belə, vacib işlərin görülməsi üçün əməkdaşların bir qismi Çində qalacaq.
“Lakin vəziyyət pisləşməyə davam edərsə, səfirliyin və konsulluğun Britaniya vətəndaşlarına xidməti məhdudlaşdırıla bilər”, - deyə Britaniya hökumətinin saytında bildirilib.
Qeyd edək ki, yanvarın 31-nə olan məlumata əsasən, ölkədə iki yoluxma halı qeydə alınıb. Nazirlik Britaniya səhiyyəsinin virusla mübarizəyə tam hazır olduğunu bildirib.