Liviyada iki nəfər Rusiya vətəndaşının həbs edilməsindən sonra Moskva Ankaradan yardım istəyib.
Bu barədə “Haber Global” informasiya yayıb.
Rusiya vətəndaşları Tripoli hökuməti tərəfindən saxlanılıb. Onlar casusluqda ittiham olunublar. Rusiya tərəfi saxlanılan şəxslərin vəkilləri ilə görüşməsi üçün icazə istəsə də, Liviya bütün təşəbbüsləri cavabsız qoyub.
Bundan sonra rəsmi Moskva Türkiyədən vasitəçilik etməsi üçün yardım istəyib.