OPEC+ölkələri koronavirusla bağlı vəziyyət və bunun neft bazarına təsirini araşdırmaq üçün qurumun Texniki Monitorinq Komitəsinin iclasının planlaşdırılandan öncə keçirilməsinə qərar verib.
"Sherg.az" bildirir ki, APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, martın əvvəlində OPEC+ ölkələrinin nazirlərinin toplantısından əvvəl planlaşdırılan komitənin iclasının gələn həftə 4-5 fevral tarixlərində keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda nazirlər səviyyəsində 5-6 mart tarixlərində keçirilməsi planlaşdırılan görüşün tarixinin də önə çəkilməsi ilə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.