Aİ ali komissarı Tehranda İran XİN rəhbəri ilə görüşəcək


Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel bu vəzifəyə təyin edilən sonra ilə dəfə İrana səfər edəcək.

APA bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram" messencer-kanalında məlumat yerləşdirilib.

J. Borrel İran Xarici İşlər naziri Cavad Zərif, o cümlədən İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Görüşlərin keçiriləcəyi tarix açıqlanmayıb.