Londonda terror aktı: yaralılar var


Bu gün Londonun Stretem rayonunda naməlum şəxs bıçaqla insanlara hücum çəkib

APA-nın xəbərinə görə, bu barədə London polisi məlumat yayıb.

Nəticədə bir neçə nəfər yaralanıb. Polis hadisənin terror aktı olduğunu ehtimal edir.

Həmin şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib.