Türkiyənin Suriyada şəhid olan hərbçilərinin sayı artdı

Suriyanın İdlib vilayətində Bəşər Əsəd qüvvələri tərəfindən atılan top atəşi nəticəsində həlak olan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, İdlibdəki hücumun qarşısını alan zaman yaralanan əsgərlərdən biri və mülki heyətdən bir nəfər şəhid olub: "Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmayacaq. Bu mənfur hücumu edənlərdən haqq-hesab soruşulacaq. Bənzər hücumlara qarşı özünümüdafiə hüququmuz ən sərt şəkildə istifadə ediləcək", - deyə məlumatda vurğulanır.