ÜST də təsdiqlədi: Bu türk ölkəsində korona yoxdur!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkmənistanda COVİD-19 virusuna yoluxma hadisəsi qeydə alınmayıb.
Axar.az xəbər verir ki, təşkilatın Türkmənistandakı nümayəndəsi Paulina Karvovska Türkmənabad və Türkmənbaşı şəhərlərində karantin mərkəzlərini ziyarət edib.
O qeyd edib ki, Türkmənistan koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün vaxtında bütün tədbirləri görüb.