Ukraynanın paytaxtı Kiyevdə, Avropa Meydanı yaxınlığında sahibkarlar “Karantin öldürür” şüarı altında etiraz aksiyası keçiriblər.
Bu barədə Strana.ua məlumat yayıb.
Ukraynada karantin məhdudiyyətlərinin tezliklə aradan qaldırılmasını tələb edən aksiya iştirakçıları Qruşevski küçəsini bağlayıblar. Bölgə sakinlərinin də həmin tələbi dəstəkləmək üçün paytaxta gəlməsi səbəbindən aksiya getdikcə genişlənir.
Polis hökumət idarələrinin yerləşdiyi həmin məhəllədə təhlükəsizlik tədbirlərini gücləndirib.