Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər

"Beyrutda baş vermiş partlayış nəticəsində yaralananlar Türkiyə xəstəxanalarında müalicə oluna bilərlər".

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Türkiyə çətin günlərdə Livan xalqını öz kədəri ilə tək qoymayacaq: "Türkiyə böhranlı vəziyyətdən çıxması üçün Livana istənilən köməyi göstərməyə hazırdır".

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.