Son günlər 100-dən artıq vətəndaşın Türkiyəyə keçməsi üçün icazə verilib

Bir qrup Gürcüstan vətəndaşının artıq Türkiyəyə keçmək barədə ərizəsinə müsbət cavab gəlib.

24News.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyi yayıb.

Mövcud məlumata görə, Türkiyəyə getmək istəyən 101 nəfər Gürcüstan vətəndaşının ərizəsinə müsbət cavab verilib. Onlar, Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi saytda qeydiyyatdan keçiblər.

Qeyd edək ki, işləmək üçün, qonşu Türkiyəyə getmək istəyən Gürcüstan vətəndaşları Türkiyə vətəndaşı olan fiziki və ya hüquqi şəxsdən dəvət almalı, daha sonra isə Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən yardılmış xüsusi sayta müvafiq sənədləri yükləyərək qeydiyyatdan keçməlidirlər.